“Ölkənin bu uçuruma girməsini istəmirəm” - Prezident korrupsiyadan danışdı

“Ölkənin bu uçuruma girməsini istəmirəm” - Prezident korrupsiyadan danışdı

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin korrupsiya uçurumuna girməsinə icazə verməyəcəyini söyləyib.

Cebhe. info xəbər verir ki, o, xaricdə də Belarusun korrupsiyaya qarşı mübarizədəki səylərinin yüksək qiymətləndirildiyini deyib:

“Korrupsiya yalnız iqtisadiyyatın deyil, həm də cəmiyyətin, yaşadığımız və yaratdığımız bütün quruluşu korlayan bir durumdur. Bu, insanı alçaltmaqdır. Belarusun bu uçuruma girməsini istəmirəm. Biri hansısa ofisə girmək üçün rüşvət ödəməli deyil. Kimsə başqa cür istəyirsə, mən sizin prezidentiniz deyiləm və siz mənə səs vermirsiniz".

Qeyd edək ki, bu ilin fevralında korrupsiyaya görə tutulan şəkər fabriklərinin direktorları günahlarını etiraf etmişdilər.

Lukaşenko onların həbsxanaya getməməsi üçün kolxozda peyin yükləməyə hazır olduqlarını söyləmişdi.

Alçina Amilqızı
Cebhe. info

Mənbə: cebhe.info