Azərbaycan XİN Monteneqronu təbrik edib

Azərbaycan XİN Monteneqronu təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Monteneqronu Milli günü münasibətilə təbrik edib. Azvision.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” hesabında paylaşım edilib.

“Monteneqroya Milli günü münasibətilə səmimi təbriklərimizi çatdırırıq. Dost Monteneqro xalqına cansağlığı, davamlı sülh və firavanlıq diləyirik. İnanırıq ki, münasibətlərimiz xalqlarımızın rifahı naminə inkişaf edəcək", - deyə təbrikdə bildirilib.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az