“Livan erməniləri Qarabağa köçürülür” - POLİTOLOQ

“Livan erməniləri Qarabağa köçürülür” - POLİTOLOQ

"Livanda baş verən məlum partlayışdan dolayı, bu ölkədə yaşayan ermənilərin də ciddi xəsarət alması barədə məlumatlar var.

Livan ermənilərin sıx məskunlaşdığı və böyük icmaya malik olan ölkədir. Bu ölkədə ermənilər Ermənistanın Azərbaycana qarşı işğal müharibəsində yer alıblar və Qarabağda ölkəmizə qarşı terror müharibəsində aktiv olublar.

Beyrutun partladılması Livanın sosial və siyasi sferasında ciddi deqredasiyanın yaşanmasına və burada əhalinin daha da ağır vəziyyətə düşməsinə gətirib çıxarıb. Görünür bundan sonra Livanda siyasi-iqtisadi böhranın davam edəcəyi gözlənilir. Livanda baş verənlər, artıq Azərbaycana da təsirsiz ötüşmür. Çünki Azərbaycanın işğal olunmuş ərazilərində qondarma separataçı rejim Livan ermənilərinə yardım paketləri göndərib və separataçı rejimin başçısı Arayik Arutunyan Livanda Klikiya erməni katalikosu I Armanla əlaqə saxlayaraq 150-yə yaxın erməni ailəsinin Qarabağa köçürülməsini təklif edib".

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:

"Bu təklif katalikos tərəfindən müsbət qarşılanıb. Qeyd edim ki, kilsənin təlimatları ermənilər üçün daima əsas olub və məhz Qarabağda yerləşdirilən ermənilər kilsə tərəfindən koordinasiya edilib. Əlbəttə ki, Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi zamanla baş verib. Yenidən Livan ermənilərinin Qarabağa köçürülməsi isə burada yeni terror qruplaşmasının yaradılmasına gətirib çıxara bilər. “ASALA” terror təşkilatının yenidən dirçəlməsi və bu təşkilatın Qarabağda yeni təlim düşərgələri açması və fəaliyyət göstərməsi üçün geniş imkanlar var. Beynəlxalq münasibətlər sistemində gərginliyin artması, ermənilərin yenidən “ASALA”-nı dirçəldərək, Azərbaycan və Türkiyəyə qarşı terror hücumları keçirməsi mümkündür. Biz Tovuz hadisələrində ABŞ-da “ASALA”-nın fəaliyyətinin şahidi olduq.
Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi baş verərsə, Azərbaycan Qarabağ danışıqlarından geri çəkilməli, bu ərazilərdə hərbi obyektləri və infrasturukları vurmalıdır. Göründüyü kimi ermənilər, o qədər arxayındırlar ki, Qubadlıda, Zəngilanda qəsəbələr salıb, xaricdən erməni ailələrini bu ərazilərə köçürürlər. Bu, Qarabağ danışıqlarında Azərbaycana qarşı mesajdır ki, biz bu ərazilərdən çıxmaq istəmirik və sülh danışıqlarında maraqlı deyilik. Azərbaycan bu haqda beynəxalq təşkilatlara və Minsk qrupunun həmsədrlərinə müraciət etsə də, Ermənistan heç bir çağrışları və beynəlxalq hüququ nəzərə almayacaq. Necə ki, 1993-cü ildə Kəlbəcərin işğalında Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Qarabağ separatçılarının lideri Robert Köçəryana bu işğalın beynəlxalq hüquqa zidd olduğunu vurğulamışdı. Buna cavab olaraq Köçəryan "beynləlxalq hüququ boş ver" deyərək cavab vermişdi.

Hazırda da ermənilər beynəlxalq hüququ heçə sayırlar. Ona görə də Azərbaycan Ermənistanla beynəlxalq hüquq dilində danışmamalıdır. Ermənistanla güc dilində danışmalıdır və ciddi zərbələr vurulmalıdır. Məhz ona görə də Türkiyə Azərbaycanla birgə hərbi təlimlər keçirir və ölkəmizin yanındadır. Mütləq şəkildə siyasi iradə ortaya qoyulmalı, qətiyyətli addımlar atılmalıdır. Ermənistanın məskunlaşma siyasətinin qarşısı alınmalıdır.

Növbət aylarda hərbi eskalsiyanın baş verməsi mümkün ola bilər. Azərbaycan hakimiyyəti ilk növbədə ordu rəhbərliyində ciddi islahtalar aparıb, sonra işğal olunmuş ərazilərdə hərbi əməliyyatlara başlamalıdır".

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info