"Valensiya" 40 milyona aldığı vingeri "Zenit"ə satır

"Valensiya" 40 milyona aldığı vingeri "Zenit"ə satır

"Zenit" "Valensiya"nın yarımmüdafiəçisi Qonsalu Gedeşi heyətinə qatmaq üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttocalciomercato24" yayıb.

Mənbə Sankt-Peterburq təmsilçisinin sözügedən vingerə görə "yarasalar"a 20 milyon avro ödəyəcəyini bildirib.

Tərəflərin yaxın günlərdə transferin bütün detallarını razılaşdıracaqları açıqlanıb. 24 yaşlı Gedeşin Rusiya klubunda illik 2,2 milyon avro maaş alacağı vurğulanıb.

Qonsalu Gedeş "Valensiya"ya 2018-ci ildə PSJ-dən transfer olunub. İspaniya təmsilçisi həmin vaxt Paris klubuna 40 milyon avro ödəmişdi.

Son mövsümdə "Valensiya" formasıyla bütün turnirlər daxil olmaqla 34 oyuna çıxan orta xətt oyunçusu 7 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Mənbə: fanat.az