Qaxda İrana məxsus yanacaq daşıyan avtomobil aşdı - Fotolar

Qaxda İrana məxsus yanacaq daşıyan avtomobil aşdı -

İrandan Gürcüstana gedən yanacaq daşıyan yük avtomobili Qax rayonunda qəzaya uğrayıb.

Hadisə Qax-Zaqatala avtomobil yolunun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İran İslam Respublikasının vətəndaşı, 57 yaşlı Kiomərss Fəximin idarə etdiyi yanacaqdaşıyan maşın Zaqatala istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı meşəlik əraziyə aşıb.

İlkin ehtimala görə, qəzaya nəqliyyat vasitəsində yaranan texniki nasazlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.






Tural Rasimoğlu

Mənbə: bizim.media