Ukrayna Nisanovun Moskvadakı bazarını vurdu - VİDEO

Ukrayna Nisanovun Moskvadakı bazarını vurdu - VİDEO

Ukraynanın PUA hücumları nəticəsində Moskvadakı “Sadovod” ticarət mərkəzində yanğınlar baş verib.

Hazırda “Sadovod”da böyük yanğın baş verir.

Moskva meri Sergey Sobyanin də “Sadovod”dakı yanğınları təsdiqləyib.

Onun sözlərinə görə, PUA qalıqlarının düşməsi nəticəsində ticarət mərkəzinin bir hissəsində yanğın baş verib.

Qeyd edək ki, "Sadovod" ticarət mərkəzi Azərbaycan əsilli milyarder Qod Nisanova məxsusdur.

Mənbə: publika.az