Ağcabədi rayonunda iki yeniyetmə qohum itkin düşüb.
Hadisə rayonun Hüsülü kəndində baş verib.
Kənd sakinləri - 2010-cu il təvəllüdlü Anar Məmmədov və onun əmisi oğlu Kamal Məhərrəmli iyunun 22-də səhər saatlarında evdən çıxaraq naməlum istiqamətdə gediblər.
Ailələri bu barədə polisə məlumat veriblər. Polis əməkdaşları faktla bağlı əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Mənbə: oxu.az