Dünyanın ən bahalı kuboku hazırlandı - 900-dən çox brilyant və…

Dünyanın ən bahalı kuboku hazırlandı -

Birləşmiş Ərəb Əmirliklərinin lüks mərkəzi olan Dubayda fəaliyyət göstərən zərgərlik firmasının sahibi Hemant Karamçandani, 2026-cı il FİFA Dünya Kuboku həyəcanını yeni səviyyəyə qaldırıb.

Karamçandani, standart Dünya Kuboku modelini 900-dən çox brilyant və 18 karatlıq qızılla bəzəyərək dünyanın ən bahalı dəstlərindən birini yaradıb.

82.000 dollar dəyərində olan bu unikal kuboka baxmaq çox maraqlıdır. Karamçandani bildirib ki, 2842 ədəddən ibarət dəst xeyriyyə təşkilatına bağışlana və ya muzeydə nümayiş etdirilə bilər.

Mənbə: publika.az