Daşkəsən polisi ƏMƏLİYYAT KEÇİRDİ: Dəstə üzvləri tutuldu - FOTO

Daşkəsən polisi ƏMƏLİYYAT KEÇİRDİ: Dəstə üzvləri tutuldu -

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq hadisələri törədən İmran Abdullayev, Qismət Süleymanov, Elvin Həsənov və Röyal Verdiyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, onlar müxtəlif vaxtlarda 8 mənzildən dəyəri 5000 manat olan məişət və elektrik avadanlıqları oğurlayıblar.

Maddi sübutların bir qismi saxlanılanlardan aşkarlanıb, araşdırmalar davam etdirilir.

Mənbə: bizim.media