Salyanda QƏZA: Xəsarət alanlar var

Salyanda QƏZA: Xəsarət alanlar var

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Hadisə axşam saatlarında Salyan şəhərindəki peşə liseyinin yaxınlığında baş verib.

İlkin məlumata əsasən, idarəetmədən çıxan minik avtomobili fərdi yaşayış evinə çırpılıb. Qəza nəticəsində dörd nəfərin yaralandığı bildirilir.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az