İrandakı partlayışda ölənlərin sayı 13 nəfər azaldı

İrandakı partlayışda ölənlərin sayı 13 nəfər azaldı

İranın Rəcai limanındakı partlayışda ölənlərin sayı azalıb.

Bu barədə Hörmüzqan qubernatoru Məhəmməd Aşuri Taziani açıqlayıb.

"Əvvəllər Bəndər-Rəcai hadisəsinin qurbanlarının sayı 70 nəfər elan edilmişdi, lakin testlər aparıldıqdan və genetik və DNT nümunələri müqayisə edildikdən sonra Hörmüzqan Ədliyyə Departamentinin açıqladığı yekun rəqəm 57-dir", - deyə o qeyd edib.

Hörmüzqan əyalətinin baş hakimi Moctaba Qahremani də bu məlumatı təsdiqləyib: "Ölənlərin sayı əvvəllər 70 nəfər elan edilmişdi, lakin ailələrin müraciəti və aparılan müayinələr əsasında müəyyən edilib ki, bir sıra itkilərin parçalanmış bədən hissələri partlayış baş verən ərazinin müxtəlif ərazilərindən istintaq-əməliyyat qrupları tərəfindən toplanaraq ayrı-ayrı saxlanılıb ki, bu da əslində bir nəfərin cəsədinə aid olub".

Bu açıqlamalara əsasən, Bəndər-Rəcai partlayışında həlak olanların ümumi sayı əvvəl açıqlanandan 13 nəfər azdır.

Bundan əvvəl hökumətin əmək və sosial rifah naziri Əhməd Midari Rəcaidə baş verən partlayışda 100 nəfərin həyatını itirdiyini bildirmişdi.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az