Ağsuda iki nəfər zəhərlənib.
APA-nin Şirvan bürosu xəbər verir ki, Ağsunun Daşdəmirbəyli kənd sakinləri - 1989-cu il təvəllüdlü Nizami Bağırov və 1986-ci il təvəllüdlü Rza Babaşov zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
İlkin ehtimala görə, onlar pomidordan zəhərləniblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Mənbə: yenisabah.az