Naməlum şəxslər dayanacaqda dayanan məktəblilərə atəş açıblar

Naməlum şəxslər dayanacaqda dayanan məktəblilərə atəş açıblar

Rusiyanın Buryatiya vilayətində naməlum şəxslər ictimai nəqliyyat dayanacağında məktəblilərə atəş açıblar.

"Report"a istinadən xəbər verilir ki, bu barədə "Ves Ulan-Ude" Telegram kanalı məlumat yayıb.

"Buryatiya kəndlərindən birində məktəblilərə pnevmatik silahdan atəş açılıb. Hadisə Kabansk rayonunun Bryansk kəndində baş verib. Xuliqanlar dayanacaqda duran uşaqlara atəş açıblar", - məlumatda qeyd olunub.

İlkin məlumata görə, atəş açanlar gimnaziyanın iki şagirdi və texnikumun bir tələbəsi olub.

Mənbə: avtosfer.az