“Neftçi” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Paytaxt klubu “Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadəni transfer etmək istəyir.
Hazırda adıçəkilən futbolçu ilə danışıqlar davam edir. “Sumqayıt”la 2027-ci ilə qədər müqaviləsi olan milli üzvünə görə “Neftçi” kompensasiya da ödəməli olacaq.
Qeyd edək ki, “Sumqayıt”ın yetirməsi olan Səbuhi Abdullazadə 2017-ci ildən əsas komandada çıxış edir.
Rəşad Rafiqoğlu
Mənbə: bizim.media