İraq milli komandasının fotoqrafı Talal Salah Çikaqo hava limanında saxlanıldıqdan sonra ABŞ-a girişinə icazə verilməyib.
Komandanın nümayəndə heyətinin üzvü 10 saat dindirilib. Təhlükəsizlik xidməti yoxlama üçün onun smartfonunu istəyib.
Daha əvvəl İraq milli komandasının hücumçusu Aymen Hüseynin də təhlükəsizlik işçiləri tərəfindən saxlanıldığı və 7 saat dindirildiyi bildirilmişdi.
“Reuters” agentliyi İraq Olimpiya Komitəsindəki mənbəyə istinadən bildirib:
“Milli komandanın fotoqrafı Talal Salah 10 saatdan çox saxlanılıb, oxşar telefon yoxlamalarına məruz qalıb və nəticədə ABŞ-a girişinə icazə verilməyib”.
Mənbə: publika.az