“Real Madrid”in hücumçusu Endrik Braziliya millisinin heyətində qələbə qolunu vurduqdan sonra Rafinya Diasa təşəkkür edib.
Gənc oyunçu Misirlə yoldaşlıq oyununun ikinci hissəsində qol vurub. “Barselona”nın cinah yunçusu qolun ötürməsini verib.
Endrik Rafinyanın sosial mediadakı paylaşımına “Möhtəşəmsən, qardaş, köməyin üçün təşəkkür edirəm” şərhini yazıb.
19 yaşlı hücumçu iki ildən sonra Braziliya millisində ilk qolunu vurub. Matç Karlo Ançelottinin komandasının 2-1 hesablı qələbəsi ilə başa çatıb. 14 iyunda Braziliya Dünya Kubokunda Mərakeşlə qarşılaşacaq.
Mənbə: publika.az