Tarixi hadisə - Messi sabiq komanda yoldaşının oğluna qarşı oyandı

Tarixi hadisə -

Argentina yoldaşlıq oyununda İslandiyanı məğlub etdi – 3:0.

Qarşılaşma Messi üçün xüsusi alınıb. O, qol vurduğu oyunda sabiq komanda yoldaşının oğluna qarşı oynayıb.

Final fitindən sonra kameralar onun İslandiya milli komandasının oyunçularından biri ilə söhbətini çəkib. Bu, Eydur Qudyonsenin oğlu Daniel Qudyonsen idi.

Qudyonsen 2006-2009-cu illərdə "Barselona"da oynayıb. O dövrdə Messi artıq əsas heyətdə yer alırdı. Onlar birlikdə La Liqanı (08/09), Kral Kubokunu (08/09) və Çempionlar Liqasını (08/09) qazanıblar.

Mənbə: publika.az