Braziliya və ABŞ qadın milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hakim səkkiz oyunçunu meydandan qovub.
İyunun 10-da Fortalezada Braziliya və ABŞ arasında yoldaşlıq oyunu keçirilib və ABŞ-ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyun zamanı hakim iki braziliyalı oyunçunu, eləcə də baş məşqçini və üç köməkçi məşqçini meydandan qovub. Oyundan sonra hakim daha iki braziliyalı oyunçuya qırmızı vərəqə göstərib.
Bu komandalar daha əvvəl iyunun 6-da San-Pauloda qarşılaşmışdılar. Həmin matçda braziliyalılar 2-1 hesabı ilə qalib gəlmişdilər.
Mənbə: publika.az