DÇ-2026: Fransa və Norveç qələbə qazandı – VİDEO

DÇ-2026: Fransa və Norveç qələbə qazandı –

Futbol üzrə dünya çempionatında ikinci turun oyunları keçirilir.

Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında Fransa İraq ilə qarşılaşıb.

Oyun avropalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fransanın heyətində Kilian Mbappe (14, 54) dublla yadda qalıb. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub.

I qrupunun ikinci turunda Norveç millisi Seneqalla qarşılaşıb. Nyu-Cersidəki “MetLife Stadium”da keçirilən oyun Norveçin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Norveç hesabı 43-cü dəqiqədə Markus Holmgren Pedersenin qolu ilə açıb. İkinci hissədə Erlinq Holand səhnəyə çıxıb. Hücumçu 48-ci və 58-ci dəqiqələrdə fərqlənərək komandasına vacib qələbə qazandırıb.

Seneqalın heyətində hər iki qolu İsmaila Sarr vurub. O, 53-cü dəqiqədə fərqi azaldıb, 90+3-cü dəqiqədə isə ikinci dəfə fərqlənib. Buna baxmayaraq, Afrika təmsilçisi məğlubiyyətdən xilas ola bilməyib.

Mənbə: bizim.media