Aleksandr Plyuşenko Azərbaycan yığmasına keçidini şərh etdi

Aleksandr Plyuşenko Azərbaycan yığmasına keçidini şərh etdi

"Çox şadam. Bu, beynəlxalq arenadır və tamam başqa emosiyalardır", – deyə Aleksandr Plyuşenko Azərbaycan yığmasına keçidi ilə bağlı ilk açıqlamasını verib.

Gənc idmançı "Sport24"ə verdiyi müsahibədə respublika yığmasını təmsil edərkən yüksək nəticə göstərmək üçün əlindən gələni edəcəyini və ciddi hazırlaşacağını bəyan edib.

Gənc idmançı, həmçinin azarkeşləri onun çıxışlarını izləməyə və karyerasının bu yeni mərhələsində ona dəstək olmağa çağırıb.

Mənbə: bizim.media