Syomindən Berdıyevin təyinatına reaksiya: ““Qarabağ”la rəqabət apara bilsə...

Syomindən Berdıyevin təyinatına reaksiya: ““Qarabağ”la rəqabət apara bilsə...

Rusiyanın tanınmış futbol məşqçisi, “Qəbələ” və “Lokomotiv”(Moskva) klublarını çalışdırmış Yuri Syomin Kurban Berdıyevin “Turan Tovuz”a baş məşqçi təyin olunmasına münasibət bildirib.

Rusiya mətbuatına danışan təcrübəli mütəxəssis bunları deyib:

“Berdıyev böyük təcrübəyə və yüksək keyfiyyətlərə malik məşqçidir. Lakin Azərbaycanda “Qarabağ”la rəqabət aparmaq çətindir, onların çox güclü məşqçisi və çox yaxşı təşkilatçılığı var. Berdıyev “Qarabağ”la rəqabət apara bilsə, yaxşı olacaq. Amma komandanın beynəlxalq səviyyəyə çıxa biləcəyi haqda bir söz söyləyə bilmirəm. Orada çox ciddi klub olan “Neftçi” də var. Berdıyev hər şeyə nail olub, onun biliyi ilə klub daha yaxşı oynayacaq”.

Qeyd edək ki, “Turan Tovuz” Berdıyev ilə 2+1 illik müqavilə bağlayıb.

Heybət

Mənbə: publika.az