AVRO-2024: İtaliya 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB

AVRO-2024: İtaliya 1/8 finala vəsiqə qazanıb -

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü başa çatıb.

B qrupunun oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmada hesabı xorvatlardan 55-ci dəqiqədə Luka Modriç açıb. İtaliyanların bərabərlik qolu isə 90+ 8-ci dəqiqədə gəlib. Mattia Cakkani fərqlənib.

Son dəqiqədə vurulan qol sayəsində xallarının sayını 4-ə çatdıran İtaliya millisi qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.

23:01

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində Xorvatiya və İtaliya milli komandaları arasında görüş başlayıb.

Qarşılaşma Leypsiqdəki "Red Bull Arena"da keçirilir.

Oyunu niderlandlı Denni Makellinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, iki turda 6 xal toplayan İspaniya millisi turnir cədvəlinə başçılıq edir və artıq B qrupundan "play-off"a çıxışı təmin edib. İtaliya 3 xalla ikincidir. Üçüncü və dördüncü yerləri hərəyə bir xalı olan Albaniya və Xorvatiya yığmaları tutur.

Beləliklə, hər iki komandanın ikinci pillədən qrupdan çıxmaq şansı var.

Mənbə: oxu.az