Dağıstandakı terrora görə Həbibin də məktəbi yoxlanacaq

Dağıstandakı terrora görə Həbibin də məktəbi yoxlanacaq

Dağıstanda Mahaçqala və Dərbənddə baş verən terror aktlarından sonra qarışıq döyüşçülərin hazırlandığı bölmələr yoxlanılacaq.

Bu barədə SHOT məlumat yayıb.

Eeyd olunur ki, əfsanəvi UFC döyüşçüsü Həbib Nurməhəmmədovun “Eagles MMA” klubu da yoxlamaya məruz qalacaq. Xüsusilə də terrorçulardan birinin bir müddət Həbibin idman zalında məşq etməsi ilə bağlı xəbərlərdən sonra.

Eyni zamanda bildirilir ki, respublikada MMA bölmələrinin bağlanmasından söhbət gedə bilməz.

Bazar günü, iyunun 23-də silahlı terrorçular Mahaçqala və Dərbənddə pravoslav kilsələrinə, sinaqoqlara və yol polisi postuna hücum ediblər.

Mənbə: publika.az