Qadınlarla bağlı Qurana “istinad” uydurmadır – İlahiyyatçı

Qadınlarla bağlı Qurana “istinad” uydurmadır – İlahiyyatçı

Akif İslamzadənin dedikləri islamla bağlı bugünkü mövcud ənənəvi anlayışa əsaslanır. Müasir dövrdə qadınlar haqda peyğəmbərə istinad edilən yanlış fikirlər var.

Bu sözləri ilahiyyatçı Elşad Miri Akif İslamzadənin “Allah qadınları elmsiz yaradıb” fikrinə münasibət bildirərkən deyib.

O bildirib ki, Quranın bugünkü tərcümələri də islamda qadınlara verilən dəyərlə bağlı yanlış ümumi rəy formalaşdırıb:

“Quranın mövcud tərcümələrində qadınların aşağılandığı, onların ikinci növ varlıq olaraq təqdim olunduğu fikirlər Allah kəlamı deyil. Bu gün tərcüməçilər öz qavrayışlarının nəticəsini Allahın kəlamı kimi insanlara sırıyırlar. Halbuki Quranda qadın cəmiyyətin əsaslarından, sütunlarından biri kimi göstərilir. Bu gün cəmiyyəti nizamlayan, gələcək nəsli yetişdirən qadındır. Məsələn, Quranda Səba məlikəsindən ad çəkilmədən bəhs edilir, onun idarəçiliyindən, məşvərət etməsindən fəxrlə danışılır. Qurandan çıxış etsək, deyə bilərik ki, qadınlar idarəetmədə, müxtəlif qurumlarda hakim mövqedə olarsa, mövcud bir çox savaşın önünə keçmiş olarlar”.

O, həmçinin peyğəmbərə istinadla qadının ağlının zəif olduğu ilə bağlı iddiaları təkzib edib, onların uydurma olduğunu vurğulayıb.

Mənbə: axar.az