İsrail və Livan atəşkəs barədə RAZILIĞA GƏLDİ - FOTO

İsrail və Livan atəşkəs barədə

İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Razılaşma Tramp administrasiyasının rəhbərliyi ilə günlərlə davam edən danışıqlardan sonra əldə edilib və hər iki ölkə hərbi əməliyyatları dayandırmaq və daha geniş sülh razılaşmasına yönəlmiş birbaşa danışıqları davam etdirmək öhdəliyini götürüb.

Atəşkəs “Hizbullah”ın hücumlara son qoyması, döyüşçülərin cənubi Livandan çıxarılması və silahlı qrupların əraziyə qayıtmasının qarşısının alınması şərti ilə qüvvədə qalır.


Mənbə: bizim.media