Finlandiyada hərbçilərə uzun saçla hərbi xidmət keçməyə icazə veriləcək.
Bu barədə Finlandiyanın "Yle" telekanalı məlumat yayıb.
"Silahlı Qüvvələrdə iyulun əvvəlindən etibarən kişilərə uzun saç saxlamağa icazə veriləcək", - deyə məlumatda bildirilir.
Bununla yanaşı, qeyd olunur ki, gələcəkdə qüvvədə olan qaydalar istisnasız olaraq bütün hərbçilərə şamil ediləcək. Lakin bununla bağlı bir şərt var: uzun saçlar mütləq yığılmış vəziyyətdə olmalıdır. Saçların açıq saxlanılmasına icazə verilməyəcək.
Məlumata əsasən, yeni çağırışçılar hərbi xidmətə iyulun 6-dan başlayacaqlar.
Mənbə: oxu.az