İsrail Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yəhudi dövlətinə qarşı səsləndirdiyi bəyanatları çox ciddi qəbul edir və bununla bağlı ABŞ-a xəbərdarlıq ediləcək.
“The Times of Israel”ə istinadən xəbər verilir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"Ərdoğanın İsrail dövlətinin məhv edilməsinə çağırış etmədiyi bir gün yoxdur. Biz bu sözləri çox ciddi qəbul edirik. Çünki xalqımızın tarixindən öyrəndiyimiz bir həqiqət var: əgər kimsə sizi məhv etmək niyyətində olduğunu deyirsə, onu ciddi qəbul etməlisiniz. Amerikalı dostlarımızın da diqqətini bu açıqlamalara yönəldəcəyik. Bunları görməzdən gəlmirik”, - deyə Netanyahu bildirib.
Müəllif: Roza
Mənbə: publika.az