Beynəlxalq Ekoenergetika Akademiyasının Gəncə şəhərində yaradılan yeni bölməsinə müdir təyinatı olub.
Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının kafedra müdiri, professor Sevda Əhmədova həm də akademiyanın yerli bölməsinə rəhbərlik edəcək.
Qeyd edək ki, 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Ekoenergetika Akademiyası, respublikamızda ekoloji-energetik problemlərin həllinə yönəldilmiş elmi tədqiqatlara, təcrübi konkstruktor və texniki işlərə kömək etmək məqsədi ilə yaradılıb.
Məqsəd Rəhimov
Mənbə: bizim.media