Beynəlxalq Cinayət Məhkəməsi (BCM) həbs orderinə dair qərar verərsə, Almaniya İsrailin Baş naziri Benyamin Netanyahunu həbs edəcək.
Bizim.Media xəbər verir ki, bunu Almaniya hökumətinin nümayəndəsi Stefan Hebstreit bildirib.
O qeyd edib ki, İsrailin baş naziri Netanyahuya qarşı beynəlxalq həbs qərarı verilərsə, Almaniya onu həbs etməyə borclu olacaq:
"Biz qanunlara bağlıyıq. Almaniya BCM-ni dəstəkləyir və bu hər zaman belə qalacaq".
İsrailin ölkələrə həbs qərarını icra etməkdən çəkinməyə dair çağırışını Almaniyanın qəbul edib-etməyəcəyi ilə bağlı sualına isə rəsmi nümayəndə cavab verməkdən imtina edib.
Bizim.Media
Mənbə: bizim.media