Aİ Tokio və Seul ilə hərbi tərəfdaşlıq qurmaq niyyətindədir

Aİ Tokio və Seul ilə hərbi tərəfdaşlıq qurmaq niyyətindədir

Rusiya və Şimali Koreya arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi fonunda Avropa İttifaqı (Aİ) Cənubi Koreya və Yaponiya ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırır.

Bu barədə Yaponiyanın "Nikkei" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, cari ilin sonuna qədər nazirlər səviyyəsində Aİ ilə ölkələr arasında saziş bağlana bilər.

Müqavilə müdafiə sənayesinə məhsulların birgə hazırlanmasına və satınalma coğrafiyasının genişləndirilməsinə imkan verəcək. Aİ, həmçinin kosmos, kibertəhlükəsizlik, dezinformasiya ilə mübarizə və digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Yaponiya ilə ayrıca tərəfdaşlıq planına nüvə təhlükəsizliyi və tərk-silahı daxildir.//Trend

Mənbə: musavat.com