Hakan Fidan iranlı həmkarı ilə telefonda nəyi müzakirə etdi?

Hakan Fidan iranlı həmkarı ilə telefonda nəyi müzakirə etdi?

Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani ilə telefon danışığı aparıb.

Bu barədə diplomatik mənbələr bildirib.

Danışıq zamanı Qəzzada son vəziyyət müzakirə olunub, müharibənin bütün bölgəyə yayılma riski qiymətləndirilib.

Nazir Fidan Livanda gərginliyin artmasının da İraq və Suriyaya mənfi təsir göstərəcəyini vurğulayıb. Bundan əlavə, tərəflər terrorizmlə mübarizə, iqtisadiyyat və nəqliyyat sahələrində ikitərəfli məsələləri də müzakirə edib.

Mənbə: bizim.media