Yeni Roma Papası seçilən Fransis Prevost ilk çıxışını edib.
XIV Leo ilk müraciətinə sülh çağırışı ilə başlayıb.
Papa ilk çıxışında dindarları qorxmamağa, Allahla birlik tapmağa və sülh naminə dialoq körpüləri qurmağa çağırıb.
"Bütün ölkələrə və xalqlara müraciət edirəm: aranızda sülh olsun. Bunlar dirilmiş Məsihin ilk sözləridir. Dirilən Məsih hamıya sülh gətirdi, bu, hamımızı qeyd-şərtsiz məhəbbətlə sevən Allahdan gəlir. Biz Roma Papası Fransiskin Romaya və bütün dünyaya xeyir-dua verən cəsarətli səsini eşidirik", - deyə o bildirib.
Papa kilsənin əziyyət çəkənlərə yaxın olmasının, sülh körpülərinin qurulmasının vacibliyini vurğulayıb.
Mənbə: bizim.media