“Beşiktaş” ilk qələbəsini qazanıb

Türkiyə Super Liqasında II tura start verilib.

APA-nın məlumatına görə, ilk oyun günündə bir matç baş tutub.

Mövsümə uğursuz başlayan “Beşiktaş” evdə “Göztəpə”ni sınağa çəkib. Üç cavabsız qol vuran İstanbul klubu ilk xallarını əldə edib.

Qeyd edək ki, turun digər görüşləri avqustun 24-26-da keçiriləcək.

Türkiyə Super Liqası

II tur

23 avqust

“Beşiktaş” – “Göztəpə” – 3:0

Yalçın, 45, Erkin, 54, Lyayiç, 59

Turnir cədvəli: Sivasspor, Fənərbaxça, Yeni Malatyaspor, Dənizlispor, Alanyaspor, Antalyaspor, Rizəspor – 3 (1), Beşiktaş – 3 (2), Trabzonspor, Kasımpaşa, Konyaspor, Ankaragücü – 1 (1), Gənclərbirliyi, Kayserispor, Qalatasaray, Başakşəhər, Qaziantep – 0 (1), Göztəpə - 0 (2).

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Gəncə-Samux yolunda avtomobil aşıb, xəsarət alan var

SONRAKI XƏBƏR

Trampdan ABŞ şirkətlərinə göstəriş –"Çini tərk edin"