Xəstəxanalıq olan Şumaxerdən xəbər var

Xəstəxanalıq olan Şumaxerdən xəbər var

Ötən gün Parisin Pompidu klinikasına yerləşdirilən “Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer əməliyyat olunacaq. “Qafqazinfo” bildirir ki, bu barədə “Daily Mail” nəşri xəbər verib.

Nəşrin məlumatına görə, eks-pilot ürək əməliyyatı keçirəcək.

Qeyd edək ki, 2013-cü ildə Fransanın Alp dağlarında xizək sürərkən yıxılan M. Şumaxer kəllə-beyin travması almışdı.

Mənbə: qafqazinfo.az