WRC-in Avstraliya mərhələsi meşə yanğınları səbəbindən ləğv edilib

WRC-in Avstraliya mərhələsi meşə yanğınları səbəbindən ləğv edilib

Bakı, 13 noyabr, AZƏRTAC

Dünya ralli çempionatının (WRC) cari mövsümünün son yarışı olan Avstraliya mərhələsi meşə yanğınları səbəbindən ləğv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə WRC yaxın vaxtlarda rəsmi məlumat yayacaq.

Avstraliya rallisinin ləğv olunacağı təqdirdə “Hyundai” komandası ilk dəfə çempionatın qalibi ola bilər. Pilotların yarışında isə qalib əvvəlki mərhələdə müəyyənləşib. Belə ki, 32 yaşlı estoniyalı Ott Tyanak bütün rəqiblərini qabaqlayaraq çempion adını qazanıb. O, çempionluğu ilə fransalı pilot Sebastien Ojenin rekordunu qırıb. Fransa idmançısı 2013-cü ildən 2018-ci ilədək çempionatın qalibi olub. Cari mövsüm sürücü yarışı üçüncü pillədə başa vurub.

Mənbə: azertag.az