La Liqa klubu koronavirusa görə mətbuat konfransını ləğv etdi

La Liqa klubu koronavirusa görə mətbuat konfransını ləğv etdi

"Valensiya" klubu İspaniya La Liqasının XXVI turunda qarşılaşacağı "Betis"lə görüşdən öncə baş məşqçi Albert Seladesin mətbuat konfransını ləğv edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, klub Valensiya şəhərində koronavirus epidemiyası aşkarlanandan sonra bölgənin və tibb xidmətlərinin tövsiyələrini qəbul edib. Həmçinin futbolçular görüşdən əvvəl və sonra media ilə əlaqə qurmayacaqlar.

Qeyd edək ki, İspaniyada koronavirusa yoluxanların sayı 23-ə çatıb. "Valensiya" - "Betis" matçı fevralın 29-da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Mənbə: report.az