AXCP sədrinin müavini:"Keçirilən aksiyalar mühacir biznesinin inkişafına yönəlmişdi"

AXCP sədrinin müavini:"Keçirilən aksiyalar mühacir biznesinin inkişafına yönəlmişdi"

"Azərbaycanı dünyada biabır edənlər arasında "yurd"çular da var. Bu gün özünü demokratik qüvvələr, müxalifət adlandıran və guya hakimiyyətə gəlib xalqı "ağ günə" çıxaracağını vəd edənlər insan alveri ilə məşğul olurlar. Siyasi oyunbazlara ölkənin və xalqın taleyi deyil, rahat və daha çox gəlir əldə etməyin yolları maraqlıdır".

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini Ehtiram Mehtiyev deyib.

Onun sözlərinə görə, Milli Şura və adı çəkilən qrupların miqrant alveri ilə məşğul olduqları, saxta mübarizələrini mühacirət beznesinə çevirib bunun üzərindən pul qazandıqları dəfələrlə vurğulanıb:"Baş verən hadisə bir daha sübut etdi ki, keçirilən aksiyalar xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlmişdi.

Hesab edirəm ki, Azərbaycan adını dünyada biabır edən bu hadisədə iqtidarın da payı var. Çünki Baş Prokurorluq 3 il əvvəl bununla bağlı cinayət işi açıb, partiya rəhbərlərini çağırıb sorğu-sual edəndə nədənsə bu məsələni ictimailəşdirmədi. Yarımçıq qalan məsələnin bu gün acı nəticəsinin şahidi oluruq. Bu cür hadisələr Azərbaycan adına ləkədir".

Cebhe.info

 

 

Mənbə: cebhe.info