Ərdoğan Niderland Baş naziri ilə görüşüb

Ərdoğan Niderland Baş naziri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderland Baş naziri Mark Rutte ilə görüşüb.

Bu barədə Türkiyə Prezidentinin Ofisi məlumat yayıb.

Görüş Niderland Baş nazirinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.

Niderland mətbuatı bildirir ki, bu səfərin məqsədi həm də Ruttenin NATO-nun növbəti Baş katibi olmaq üçün Türkiyənin dəstəyini qazanmağa çalışması ilə bağlıdır.

Qeyd edək ki, Niderland Baş naziri bu ilin oktyabrında səlahiyyət müddəti bitəcək hazırkı NATO Baş katibi Yens Stoltenberqin postuna əsas namizəddir. Onun namizədliyinə artıq ABŞ, Almaniya, Böyük Britaniya kimi ölkələr öz dəstəyini ifadə edib.

Mənbə: apa.az