Bakıdakı poliklinikada növbə qalmaqalı: "O, mənim qardaşımdır" - Video

Bakıdakı poliklinikada növbə qalmaqalı: "O, mənim qardaşımdır" - Video
Bakının Xətai rayonundakı 1 saylı şəhər poliklinikasında növbə qaydalarının pozulması ilə bağlı vətəndaş narazılığı yaranıb.

Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.

Vətəndaşın iddiasına görə, tibb müəssisəsində qeydiyyatçı işləyən xanım sürücülük vəsiqəsi almaq üçün tələb olunan sağlamlıq haqqında tibbi sənədə möhür vurdurmaq istəyən qohumuna növbədənkənar xidmət göstərilməsinə şərait yaradıb.

"İki-üç saata qədər növbə gözləmişik, amma qeydiyyatçı xanım öz qohumlarını növbədənkənar içəri buraxırdı", - deyə şikayətçi bildirib.

Qeydiyyatçı növbəsiz keçirdiyi şəxsin qardaşı olduğunu bildirib.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.

Mənbə: oxu.az