"Küləkli hava şəraiti sabah gündüz saatlarında tədricən zəifləyəcək".
Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
"Hazırda Bakıda və Abşeron yarımadasında hökm sürən küləkli hava şəraitinin oktyabrın 20-ci gündüz saatlarınadək davam edəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturunun 20-23 dərəcə isti olacağı gözlənilir", - deyə G.Məmmədova bildirib.
Mənbə: www.bakupost.az