“Barənizdə xüsusi araşdırma aparılır” mesajına aldanmayın – Yeni kiberdələduzluq üsulu – Foto

“Barənizdə xüsusi araşdırma aparılır” mesajına aldanmayın – Yeni kiberdələduzluq üsulu – Foto

Son günlərdə nüfuzlu şəxslərin adından və saxta profillərdən istifadə etməklə vətəndaşları aldatmağa yönələn kiberdələduzluq metodu yayılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, vətəndaşlara guya dövlət qurumunda barələrində xüsusi araşdırma aparıldığı iddiasını ehtiva edən mesajlar göndərilir.

Belə mesajlar vasitəsilə şəxslər qorxu və təşvişə salınaraq müxtəlif hesablara pul köçürməyə, bank kartı məlumatlarını, şifrələrini və digər şəxsi məlumatlarını təqdim etməyə sövq edilir.

Bu cür şübhəli zəng və mesajlarla qarşılaşan şəxslər dərhal hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.

“Barənizdə xüsusi araşdırma aparılır” mesajına aldanmayın – Yeni kiberdələduzluq üsulu – Foto - foto 1

Mənbə: bizim.media