Sığınacaqda 9 gündür niyə istilik yoxdur? - Agentlikdən reaksiya

Sığınacaqda 9 gündür niyə istilik yoxdur? - Agentlikdən reaksiya

Saleh Məmmədəli iki aydır Sosial Xidmətlər Agentliyinin Həssas Əhali Qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində yaşayır.

Milli.Az xəbər verir ki, Saleh Məmmədəli iddia edir ki, yaşadığı müəssisədə 9 gündür istilik yoxdur.

Şikayətçi bildirib ki, əvvəl otaqlarda kondisionerlər vasitəsilə istilik təmin edilsə də, sonradan onlar da söndürülüb.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən bildirilib ki, müəssisədə istiliklə bağlı yaranmış problem yaxın vaxtda həll ediləcək.

Vurğulanıb ki, vətəndaş müxtəlif illərdə agentliyin Yevlax, Mərdəkan və Şağan Reabilitasiya Mərkəzlərində dəfələrlə reabilitasiyaya cəlb edilib.

Mənbə: news.milli.az