Beynəlxalq Miqrasiya Təşkilatı ilə Ombudsman Aparatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Beynəlxalq Miqrasiya Təşkilatı ilə Ombudsman Aparatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 20 dekabr, AZƏRTAC

Dekabrın 20-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb.

BMqT-nın Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkəmizdə miqrantların hüquqlarının müdafiəsinə dair mövcud vəziyyət, son zamanlar dünyadakı qlobal miqrant axını baxımından ölkədə genişlənən miqrasiya dinamikası, onun yeni xarakteri və xüsusiyyətləri, müvafiq sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi, habelə miqrantların hüquqlarının müdafiəsi məqsədilə atıla biləcək addımlara dair fikir mübadiləsi aparılıb.

Tərəflər görüşdə qaldırılmış məsələlər üzrə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını, eyni zamanda, səsləndirilən təkliflərin gələcəkdə əməkdaşlıq çərçivəsində nəzərə alına biləcəyini vurğulayıblar.

Mənbə: azertag.az