BMqT nümayəndələri Azərbaycan Uşaqlar Birliyinə məxsus sığınacağa baş çəkiblər

BMqT nümayəndələri Azərbaycan Uşaqlar Birliyinə məxsus sığınacağa baş çəkiblər

Bakı, 31 dekabr, AZƏRTAC

Dekabrın 30-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Azərbaycan Uşaqlar Birliyinə məxsus sığınacağa baş çəkərək birliyin sədri Kəmalə Ağazadə və sığınacağın əməkdaşları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, K.Ağazadə sığınacağın fəaliyyəti, qurbanların və sığınacaqda yaşayan benefisiarların dəstəklənməsi və cəmiyyətə reinteqrasiyası sahəsində gördükləri işlər, üzləşdikləri çətinliklər və yeni layihələrlə bağlı qonaqlara məlumat verib.

V.Qyorqiyev öz növbəsində görüşdə yeni layihələrlə bağlı səslənən fikirlərlə bağlı tərəfdaşları ilə iş aparacaqlarını bildirib.

Qeyd edək ki, BMqT-nin Azərbaycan nümayəndəliyi indiyədək bu sığınacaq da daxil olmaqla paytaxt və regionlarda insan alveri qurbanları, insan alverinə və məişət zorakılığına həssas olan şəxslər üçün nəzərdə tutulan bir neçə sığınacaqda təmir və bərpa işləri aparıb.

Mənbə: azertag.az