Bazar günü səhər saatlarında şimali Kuril adaları yaxınlığında 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə "Yujno-Saxalinsk" seysmik stansiyasının rəisi Yelena Semyonova məlumat verib.
"Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 106 kilometr cənub-şərqdə episentri olan 4,9 bal gücündə zəlzələ iyulun 26-da yerli vaxtla saat 10:40-da (Bakı vaxtı ilə 03:40-da) baş verib", – deyə o bildirib.
Semyonovanın sözlərinə görə, zəlzələ Severo-Kurilskdə hiss olunub. Sunami təhlükəsi elan edilməyib.
Hüseyn İbadlı
Mənbə: publika.az