Fransada terror aktı hazırlığında şübhəli bilinən altı nəfər saxlanılıb

Fransada terror aktı hazırlığında şübhəli bilinən altı nəfər saxlanılıb

Bu barədə "Agence France-Presse" (AFP) Fransanın Milli Antiterror Prokurorluğuna (PNAT) istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslərin hamısına mütəşəkkil dəstə tərkibində quldurluq, eləcə də silahın daşınması və satışı ittihamları irəli sürülüb. Məhkəmə iclasından sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda, iyulun 25-də PNAT onların barəsində terror aktına hazırlıq ittihamı ilə ilkin istintaqa başlayıb.

İstintaq orqanları saxlanılanların motivlərini hələ müəyyən edə bilməyib. Hazırda onların planlaşdırıldığı iddia edilən terror aktındakı rolu, eləcə də silahla dolu avtomobili sinaqoqun yaxınlığına çatdırmağı tapşıran şəxsin kimliyi araşdırılır.(Teleqraf)

Mənbə: olke.az