Bakı-Sumqayıt yolunda baş verən qəzada övladını itirən tanınmış vəkil Fərhad Mehdiyev faciəvi hadisə ilə bağlı danışıb.
O, aparıcı Arzu Kəlbinin “Özünüzü ən çox nədə bağışlamırsınız?” sualına cavab verərkən qızı Zəhranın ölümü ilə bağlı yaşadığı peşmanlıqlardan söz açıb.
“Özümü çox şeydə bağışlamıram. Daxili “kaş”lar çoxdur. Qəza baş verən gün teatr var idi. Fikirləşmişdim ki, bəlkə, Zəhranı dəvət edim, teatra gedək. Amma eyni gündə Şüvəlanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tədbiri var idi. Həmin tədbirə getdim. Kaş getməzdim. Kaş Zəhra ilə plan qurardım ki, axşam teatra gedək. Mən onu teatra aparsaydım, təbii ki, o yola çıxmayacaqdı və həmin maşınla qarşılaşmayacaqdı. Özümü bağışlamadığım şeylər bir deyil, iki deyil...Təəssüf ki, çoxdur”.
Mənbə: www.bakupost.az