Xəbər verdiyimiz kimi, Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. 10-dan çox şəxs zəhərlənmə əlaməti ilə xəstəxanaya müraciət edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 28 iyul 2026-cı il tarixində saat 09:30 radələrindən başlayaraq, 14 nəfər (9 kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar.
Xədicə Paşayeva
Mənbə: bizim.media