Ağdamda yanğın minalanmış sahələrə keçdi: Partlayış səsləri eşidilir – FOTO

Ağdamda yanğın minalanmış sahələrə keçdi: Partlayış səsləri eşidilir –

Ağdam rayonunda açıq ərazidə başlayan yanğın küləyin təsiri ilə Saybalı və Bağbanlar kəndləri istiqamətində yayılıb.

Yanğının söndürülməsi üçün Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub.

Yanğının keçmiş təmas xəttindəki minalanmış sahələrə keçməsi səbəbindən Mərzili istiqamətində ardıcıl partlayış səslərinin eşidildiyi bildirilir.

Yanğının lokallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.





Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Mənbə: bizim.media