Xəstəxanaya gedərkən qəzada ölüb

Xəstəxanaya gedərkən qəzada ölüb

Xəbər verdiyimiz kimi ötən gün Oğuzda baş vermiş ağır yol qəzasında 39 yaşlı Əbdülrəhim Məmmədəliyev həlak olub.

Hadisə vaxtı Ə.Məmmədəliyevin qohumu ilə xəstəxanaya getdiyi məlum olub.

Belə ki, o, şəkərli diabetdən əziyyət çəkən qohumu ilə birgə dərman almaq məqsədilə xəstəxanaya gedirmiş.

Qeyd edək ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib. “Mercedes” və “VAZ-2109” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az